Norveç təyyarəsi Heydər Əliyev Aeroportuna təcili eniş edib
Norveçin “Norse Atlantic Airways” aviaşirkətinin Brno–Phuket reysini yerinə yetirən hava gəmisinin kapitanı yanacaq doldurmaq zərurəti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Bu barədə Liderxeber.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.
“Boeing 787” təyyarəsi yerli vaxtla saat 07:55-də uğurla Bakı aeroportuna eniş edib. Marşrutun dəyişdirilməsi nəticəsində uçuş müddətinin uzanması səbəbindən komandir yanacaq doldurma qərarına gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportu yanacaq doldurulması və reysin davam etdirilməsi üçün bütün zəruri şəraiti operativ şəkildə təmin edib.
Oxşar Xəbərlər:
01 sentyabr 2024, Bazar günü
Banqkok-Vyana reysini yerinə yetirən təyyarə Bakıda təcili eniş edib: sərnişinin həyatını xilas etmək mümkün olmayıb
26 oktyabr 2024, Şənbə
İran üzərində hava məkanının bağlanması səbəbindən bir neçə təyyarə Bakı Aeroportuna enib