General-leytenant yeni rəis təyin etdi

Dövlət Gömrük Komitəsinin (DGK) Kinoloji Mərkəzinə yeni rəis təyin edilib.
Liderxeber.az-ın əldə etdiyi məlumata görə, komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun müvafiq əmri ilə İsmayılov İlyas İsa oğlu Mərkəzin rəisi təyin olunub.
Qeyd edək ki, bundan əvvəl Kinoloji Mərkəzinin rəisi polkovnik İlkin Osmanov vəzifəsindən azad edilib.
İlyas İsmayılov uzun illərdir Kinoloji Mərkəzdə instruktor-kinoloq kimi fəaliyyət göstərib.
Oxşar Xəbərlər:

07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM

24 iyun 2024, Bazar ertəsi
Bir sıra dövlət qulluqçuları orden, medal və fəxri adlarla təltif olunurlar - Siyahı