Samir Şərifov: "Gələn il büdcədən keçmiş məcburi köçkünlərə 311 milyon manat ayrılacaq"
Azərbaycanda gələn il dövlət büdcəsindən keçmiş məcburi köçkünlərin sosial müdafiəsi üçün 311 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
Liderxeber.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.Onun sözlərinə görə, bunun 280 milyon manatı keçmiş məcburi köçkünlərin və yaxud onlara bərabər tutulan şəxslərin aylıq müavinətlərinə, 31 milyon manatı isə kommunal xidmətlərə yönəldiləcək.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
30 sentyabr 2024, Bazar ertəsi
VII çağırış Milli Məclisin ilk plenar iclası başlayıb, komitə üzvləri seçiləcək