Azərbaycanda tipi təsdiq edilmiş ölçmə vasitələrinin sayı 10 % artıb

Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 760 ölçmə vasitəsinin tipini təsdiq edib.
Liderxeber.az xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 % çoxdur.
"Ölçmələrin vəhdətinin etibarlı təminatı insan həyatının və sağlamlığının qorunması, ətraf mühitin mühafizəsi, eləcə də dövlətin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsinə töhfə verir", - deyə M.Abbasbəyli qeyd edib.
Oxşar Xəbərlər:

17 aprel 2023, Bazar ertəsi
Dövlət Xidməti özəl tibb müəssisələrinin nümayəndələri ilə görüş keçirib

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM