Pressa.az » Ölkə » "Bakı Sığorta" ASC ləğv olunur

"Bakı Sığorta" ASC ləğv olunur

22 noyabr 2024, Cümə, 17:35
"Bakı Sığorta" ASC ləğv olunur

"Bakı Sığorta" Açıq Səhmdar Cəmiyyətinin ("Bakı Sığorta" ASC) Ləğv olunduğunu elan edir.

Liderxeber.az xəbər verir ki, Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetindən məlumat əldə edib.

Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1007 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr küçəsi, ev 120, mənzil 6-cı mərtəbə ünvanına bildirə bilərlər.

Qeyd edək ki, nizamnamə kapitalı 8 milyon 925 min 440 manat olan ASC-nin qanuni təmsilçisi Şeydabəyov Oqtay Pirmurad oğludur.