Azər Əmiraslanov: "Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək"
Azərbaycan hökumətini gələn il reallaşdıracağı sosial paket təxminən 3 milyon insanı əhatə edəcək.
Liderxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib.
"2025-ci ildə çoxşaxəli artımları nəzərdə tutan sosial paket həyata keçiriləcək. Minimum əməkhaqqının və minimum pensiyanın artırılması nəzərdə tutulur. Eyni zamanda sosial müavinətlər və təqaüdlər istiqamətində addımların atılması, pensiyaların indeksləşdirilməsi planlaşdırılır. Əhalinin rifahı ilə bağlı dövlət siyasəti özünü büdcənin təkcə sosial deyil, digər xərc istiqamətlərində də biruzə verir", - deyə o qeyd edib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
30 sentyabr 2024, Bazar ertəsi
VII çağırış Milli Məclisin ilk plenar iclası başlayıb, komitə üzvləri seçiləcək