Sahil Babayev: "Son 5 ildə 7 milyard manatlıq sosial paketlər reallaşdırılıb"

Azərbaycan hökuməti son 5 ildə 4 milyon insanı əhatə edən 7 milyard manatlıq 4 sosial paket reallaşdırıb.
Liderxeber.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Bundan başqa, nazir deyib ki, son 5 ildə ölkədə məşğulluq sistemində böyük transformasiya olub: "Əmək müqavilələrinin sayı 600 min ədəd artıb. Əməkhaqqı fondu 3 dəfə böyüyüb. Bu artım həm yeni iş yerlərinin yaradılması, həm də maaşların "ağardılması" ilə bağlı olub. Hökumətin siyasətinin əsasında vətəndaşlarımızın rifahı durur. Bu məsələ daima nəzarətdədir".
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM

18 noyabr 2024, Bazar ertəsi
Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 10 %-dən çox artırılır