Azərbaycanda dörd universitetə akkreditasiya verilib - SİYAHI

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Biznes Universiteti və Qərbi Kaspi Universiteti növbəti 5 il müddətinə akkreditasiya edilib.
Liderxeber.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb.
Bildirilib ki, Gəncə Dövlət Universitetinin institusional akkreditasiya nəticəsi qismən uyğun hesab edilib. Ona görə də akkreditasiya şəhadətnaməsinin iki il müddətinə uzadılması, ali təhsil müəssisəsinin bir ildən sonra təkrar akkreditasiya edilməsi qərara alınıb.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

25 iyun 2024, Çərşənbə axşamı
Azərbaycan universitetləri niyə beynəlxalq reytinqlərdə yer ala bilmir?

06 iyun 2024, Cümə axşamı
Azərbaycanda diplomları tanınmayan və ən çox imtina alan universitetlərin sayı açıqlanıb - SİYAHI