Parlament bu ölkələrlə viza rejiminin ləğvini - Təsdiqlədi
Azərbaycanla Səudiyyə Ərəbistanı və İndoneziya arasında vizadan azad olunma ilə bağlı sənədlər təsdiq edilib.
Liderxeber.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Qanun layihəsi və “Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Qanun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra sənədlər səsverməyə qoyularaq qəbul edilib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
29 noyabr 2024, Cümə
Komitə sədri: Xüsusi pasport sahibləri belə Həcc ziyarəti üçün viza almalıdırlar