2026-cı ildən sonra "Formula-1"in təqvimində dəyişiklik olacaq

"Formula-1"in Niderland mərhələsi 2026-cı ildən sonra çempionatın təqvimindən çıxarılacaq.
Liderxeber.az xəbər verir ki, bunu yarışın təşkilatçıları açıqlayıb.
Zandfort avtodromunun 2026-cı ildə də yarışı qəbul etməsi ilə bağlı birillik müqavilə imzalanıb. Həmin yarışdan sonra Niderland Qran-prisi "Formula-1"in təqvimini tərk edəcək.
Qeyd edək ki, Zandfort avtodromu 1952-85-ci illərdə də qısa fasilələrlə çempionatın milli mərhələsini qəbul edib. 2021-ci ildən təqvimə qayıdan Niderland Qran-prisinin ilk üç ilində Maks Ferstappen "doğma divarlar" arasında qalib olubsa, 2024-cü ildə Lando Norris finişə birinci çatıb.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

06 sentyabr 2024, Cümə
"Formula 1: Azərbaycan Qran-prisinin Uniforma və Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb