Pressa.az » Ölkə » Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına görə cərimələr müəyyən olunur

Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına görə cərimələr müəyyən olunur

04 dekabr 2024, Çərşənbə, 17:25
Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına görə cərimələr müəyyən olunur

Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına görə cərimələr müəyyən olunur.

Liderxeber.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilir.

Maddəyə əsasən, ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə yüz əlli manat məbləğində cərimə edilir.

Həmçinin, buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə iki yüz manat məbləğində cərimə edilir.