Yağıntılı hava şəraiti günün ikinci yarısınadək davam edəcək

Dekabrın 9-da saat 8:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova Liderxeber.az-a bildirib ki, düşən yağıntının miqdarı 24 mm-də çatıb. Bu da aylıq normanın 81%-ni təşkil edib.
Onun sözlərinə görə, yağıntılı hava şəraitinin dekabrın 9-da günün ikinci yarısınadək davam edəcəyi gözlənilir.
Oxşar Xəbərlər:

30 avqust 2024, Cümə
Sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir - Proqnoz

29 fevral 2024, Cümə axşamı
Martda havanın temperaturunun iqlim normasından bir qədər yüksək olacağı gözlənilir - AYLIQ PROQNOZ

22 oktyabr 2024, Çərşənbə axşamı
Bakı və Abşeronda yağıntı normadan dəfələrlə çox olub, bəzi rayonlara qar yağıb