Milli Məclisin plenar iclası başlayıb, büdcə zərfi üçüncü oxunuşda müzakirə olunacaq

Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin üçüncü oxunuşda müzakirəsi başlayıb.
Liderxeber.az xəbər verir ki, parlamentin bugünkü plenar iclasına sədr Sahibə Qafarova rəhbərlik edir.
İclasda Azərbaycanın Baş naziri Əli Əsədov və hökumət üzvləri iştirak edir.
İclasın gündəliyinə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında”, “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələrinin üçüncü oxunuşda müzakirəsi ilə bərabər ümumilikdə 14 məsələ daxil edilib.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

13 iyun 2023, Çərşənbə axşamı
Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb