Pressa.az » Ölkə » Azərbaycan bu şəxslərə 7 faizlə kredit verilir - 200 min manata qədər

Azərbaycan bu şəxslərə 7 faizlə kredit verilir - 200 min manata qədər

17 dekabr 2024, Çərşənbə axşamı, 17:23
Azərbaycan bu şəxslərə 7 faizlə kredit verilir - 200 min manata qədər

"Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən fermerlərə iki istiqamətdə güzəştlər verilir. Bunlar kənd təsərrüfatı texnikaları, istehsal vasitələri və nağd kreditlər formasındadır".

Bu sözləri Liderxeber.az-a AKİA-nın mətbuat katibi Ruslan Zeynal bildirib.

Onun sözlərinə görə, fermer istehsal vasitələrini əldə etmək üçün müqavilə və müvafiq sənədlərini müvəkkil kredit təşkilatları (bank və bank olmayan təşkilatlar) vasitəsi ilə müraciət etdikdə və AKİA-ya təqdim etdikdə qısa müddətdə baxılır və uyğun olduqda güzəştlər tətbiq olunu:

"Güzəşt tətbiq edilən texnkiların siyahısı akia.gov.az saytında yer alıb. Bu siyahı ildə bir dəfə yenilənir.

Nağd kreditlərdə isə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatı olanlara üstünlük verilir. AKİA tərəfindən verilən kreditlərin üstünlükləri faizlərinin aşağı və güzəşt dövrünün olmasıdır. Məsələn, 15.000 manata qədər mikrokreditləri fermerlər girovsuz ala bilərlər. Kreditin müddəti 3 il, faiz dərəcəsi maksimum 12%-dir. 1 il isə güzəşt müddətidir. Yəni bu müddət ərzində fermer yalnız faizi ödəyir.

Aşağı faizli kreditlərdə isə faiz dərəcəsi 7%-dir. Bu kreditlərin maksimal məbləği 200.000 manatdır, müddəti isə 6 ilə qədərdir".

AKİA-nın nümayəndəsi həmçinin fermerlərə damazlıq heyvan alışının maliyyələşdirilməsi istiqamətində də dəstək göstərildiyini xatırladıb. "Fermer damazlıq heyvanın satış dəyərinin 25%-ni ilkin ödəniş etməklə dəstəkdən yararlana bilər. Bu zaman müəyyən edilmiş qiymətin 60%-ni dövlət qarşılayır, güzəşt və ilkin ödənişdən sonra qalan məbləğ - 15% hissə kreditləşdirilir - deyə Ruslan Zeynal əlavə edib.

Son illərdə fermerlərin müxtəlif texnika və avadanlıqlara daha çox ehtiyacı yaranıb. Buna görə də onlar il ərzində əkin-biçin prosesində birbaşa yararlandıqları üçün istehsal vasitələri və bu vasitələrə tətbiq olunan güzəştlərdən daha çox istifadə edirlər.

Bu gün Kənd Təsərrüfatı nazirliyi tərəfindən fermerlərə təklif olunan dövlət dəstəyi mexanizmləri - subsidiyaların və güzəştli şərtlərlə aqrar kreditlərin verilməsi ölkə üzrə məhsuldarlığın artmasına və aqrar sahənin inkişafına öz töhfəsini verir.