Pressa.az » Ölkə » Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 3 dəfəyə yaxın azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 3 dəfəyə yaxın azalıb

18 dekabr 2024, Çərşənbə, 10:10
Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 3 dəfəyə yaxın azalıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 43 milyard 109,55 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Liderxeber.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 8,9 % azdır.

Xarici ticarət dövriyyəsinin 24 milyard 337,86 milyon ABŞ dolları ixracın, 18 milyard 771,69 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,8 % azalıb, idxal isə 18,7 % artıb.

Son nəticədə xarici ticarətdə 5 milyard 566,17 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,8 dəfə azdır.