Pressa.az » Ölkə » Prezident Yaşar Əliyevə yeni vəzifə verdi

Prezident Yaşar Əliyevə yeni vəzifə verdi

20 dekabr 2024, Cümə, 16:21
Prezident Yaşar Əliyevə yeni vəzifə verdi

Prezident İlham Əliyev Yaşar Teymur oğlu Əliyevin Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb.

Liderxeber.az xəbər verir ki, bununla bağlı President.az məlumat yayıb.

Dövlət başçısının digər sərəncamı ilə, Yaşar Teymur oğlu Əliyev Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.