Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb
Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.
Liderxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bu gün saat 12:00 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçusu Salmanov Ziyad İlqar oğlu Azərbaycan-Ermənistan şərti sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində xidməti-döyüş tapşırıqlarını yerinə yetirərkən piyada əleyhinə minaya düşərək xəsarət alıb.
Məlumata görə, ilk tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, onun həyatı üçün təhlükə yoxdur.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
Oxşar Xəbərlər:
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
24 iyun 2024, Bazar ertəsi
Bir sıra dövlət qulluqçuları orden, medal və fəxri adlarla təltif olunurlar - Siyahı