Naxçıvan Qaz İstismar Xidmətinin funksiyaları SOCAR-a ötürüləcək
Prezident İlham Əliyev qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.
Liderxeber.az xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidmətinin funksiyalarının Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) ötürülməsinin təmin edilməsi ilə bağlı bir ay müddətində zəruri tədbirlər görməli, üç ay müddətində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməli, müvafiq səlahiyyətin ötürülməsi ilə əlaqədar dövlət əmlakı ilə bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
03 aprel 2024, Çərşənbə
Azərbaycanda qəbulu test imtahanı ilə aparılacaq dövlət qulluğu vəzifələrinin sayı artırılıb