Azneft dairəsində yol qismən bağlı olacaq
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tikinti işləri ilə bağlı açıqlama yayıb.
Şirkətdən LiderXəbər-ə verilən məlumata görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) paytaxtda 28-30 aprel tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqlar çərçivəsində trekin keçdiyi yollarda quraşdırılma işlərinə davam edir.
Belə ki, 15 aprel gecə 22:00-dan etibarən tribunanın quraşdırılması səbəbindən Azneft dairəsində nəqliyyat zolağının bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşacaq. Burada bütün istiqamətlərdə nəqliyyatın hərəkəti yol polisi tərəfindən tənzimlənəcək.
Oxşar Xəbərlər:
16 mart 2023, Cümə axşamı
“Formula 1”: Yarış həftəsində bəzi yollar nəqliyyatın hərəkətinə açıq olacaq