ADY ilk dəfə elektron imza ilə rəsmiləşdirilmiş qaimə əsasında yük göndərib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin tarixində ilk dəfə olaraq elektron imza ilə rəsmiləşdirilmiş qaimə əsasında yüklər Bakı Yük stansiyasından Səngəçal stansiyasına göndərilib.
Bu barədə Liderxeber.az ADY-dən bildirilib.
Qeyd edək ki, elektron qaimə sənədinin istifadəsi nəticəsində kağız sənədləşmə aradan qalxır, elektron sənədlər real vaxt rejimində yükgöndərən, stansiya və yükalan arasında mübadilə edir, yükdaşıma tarifi avtomatik hesablanaraq şəffaflıq və nəzarət təmin edilir, sənədlərin tərtib olunması, qeydiyyatı, emalı və çatdırılmasına sərf olunan zaman bir neçə dəfə qısalır.
ADY-nin əsas prioritetlərindən biri yaxın gələcəkdə ölkədaxili daşımaların tamamilə elektron sənədləşməyə cəlb edilməsidir.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

28 dekabr 2024, Şənbə
Səmərəli, sürətli, vaxta qənaət: ADY 2024-cü ildə də rəqəmsal yeniliklərə imza atdı

02 yanvar 2025, Cümə axşamı
Azərbaycanda bir sıra kommunal xidmətlərin yeni qiymətləri müəyyənləşdirilib

20 sentyabr 2024, Cümə
Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olundu