Bakıda avtobusla sərnişindaşımada nağdsız ödəniş hallarının sayı 17 % artıb
2024-cü ildə Bakıda daşınmış 476 milyon sərnişinin 77,5 %-i ödənişi nağdsız qaydada həyata keçirib.
Liderxeber.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev 2024-cü ildə nəqliyyat sahəsində həyata keçirilmiş işlərlə bağlı brifinqdə bildirib.
Onun sözlərinə görə, 2023-cü illə müqayisədə sərnişinlərin sayı təxminən 6 %, nağdsız ödəniş edən sərnişlərin sayı isə təxminən 17 % artıb.
"Əgər 2022-ci ildə paytaxtda nağdsız ödəniş sisteminə qoşulmuş avtobusların sayı təxminən 1 000 ədəd olubsa, 2023-cü ildə 1 400 ədədə, 2024-cü ildə isə 2 000 ədədə çatdırılıb", - deyə AYNA sədri qeyd edib.
Oxşar Xəbərlər:
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
02 yanvar 2025, Cümə axşamı
Azərbaycanın İKT sektoru: Rəqəmsal iqtisadiyyat dayanıqlı inkişafın yeni drayveri
18 noyabr 2024, Bazar ertəsi
Taksidən istifadə edənlərin sayında azalma: Sərnişinlər ictimai nəqliyyata üz tuturla