Pressa.az » Ölkə » Qubada qar örtüyünün hündürlüyü 17 sm-ə çatıb - FAKTİKİ HAVA

Qubada qar örtüyünün hündürlüyü 17 sm-ə çatıb - FAKTİKİ HAVA

20 yanvar 2025, Bazar ertəsi, 11:44
Qubada qar örtüyünün hündürlüyü 17 sm-ə çatıb - FAKTİKİ HAVA

Saat 10:00-a olan məlumata əsasən, bəzi yerlərdə hava şəraiti arabir yağıntılı olub.

Liderxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Dağlıq rayonlarda qar yağıb, qar örtüyünün hündürlüyü Qubada (Qrız) 17 sm, Qaxda (Sarıbaş) 12 sm, Zaqatalada (Əlibəy) 10 sm, Qusarda (Laza) 5 sm, Altıağacda 4 sm, Daşkəsən, Xınalıq və Xaltanda 3 sm, Göygöl və Lerikdə 2 sm, Gədəbəydə 1 sm-dir.

Belə ki, düşən yağıntının miqdarı Şabranda 3 mm, Tovuz, Balakən, Şəmkir, Biləsuvar, Astara, Yardımlı və Gəncədə 2 mm-dək, Bakı və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Qərb küləyi əsib, küləyin sürəti sarı xəbərdarlığa uyğun olaraq arabir Bakıda və Abşeron yarımadasında 15 m/s, Goranboyda 23 m/s, Neftçala, Mingəçevir və Daşkəsəndə 20 m/s, Naftalan, Bərdə, Şəki və Tərtərdə 18 m/s, Ağdamda 16 m/s-yə çatıb.

Balakən, Quba, Qusar, Qrız və Daşkəsəndə duman müşahidə olunub, dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında 6, Aran rayonlarında 7 dərəcəyədək isti, Naxçıvan MR-də və dağlıq rayonlarda 10, yüksək dağlıq ərazilərdə isə 15 dərəcəyədək şaxta qeydə alınıb.