Pep Qvardiola antirekorda imza atıb
İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola karyerasında antirekorda imza atıb.
Liderxeber.az xəbər verir ki, 54 yaşlı mütəxəssisin rəhbəri olduğu komanda ilk dəfə mövsüm ərzində 4 matçda ən azı 4 qol buraxıb.
Bu, İngiltərə Premyer Liqasının XXIV turunda "Arsenal"la matçda reallaşıb. Görüş "topçular"ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, daha əvvəl "Bavariya" və "Barselona"nı çalışdırmış X.Qvardiolanın baş məşqçisi olduğu Mançester təmsilçisi cari mövsümdə PSJ (2:4), "Tottenhem" (0:4) və "Sportinq"lə (1:4) matçlarda da 4 qol buraxmışdı.
Oxşar Xəbərlər:
12 dekabr 2024, Cümə axşamı
UEFA Çempionlar Liqası: “Barselona” qalib gəlib, “Mançester Siti” uduzub
01 oktyabr 2024, Çərşənbə axşamı
UEFA Çempionlar Liqası: "Arsenal" PSJ ilə, "Bayer Leverkuzen" isə "Milan"la üz-üzə