Pressa.az » İdman » “Trebl”ə imza atan “Mançester Siti” tarix yazıb

“Trebl”ə imza atan “Mançester Siti” tarix yazıb

11 iyun 2023, Bazar günü, 10:21
“Trebl”ə imza atan “Mançester Siti” tarix yazıb

Son illərdə qazandığı uğurlarla İngiltərə futboluna damğasını vuran “Mançester Siti” Federasiya Kubokundan sonra UEFA Çempionlar Liqasını qazanaraq tarixi rekorda imza atıb.

LiderXəbər xarici KİV-ə istinadən xəbər verir ki, Pep Qvardiolanın rəhbərlik etdiyi “Mançester Siti” bu mövsüm İstanbulun ev sahibliyi etdiyi finalda “İnter”i 1:0 hesabı ilə məğlub edərək, Premyer Liqa və Federasiya Kubokuna UEFA Çempionlar Liqasını da əlavə edib.

İstanbuldan kubokla ayrılan Mançester komandası 24 ildən sonra İngiltərə futbolunda “trebl”ə imza atan ikinci klub olub.

Premyer Liqada son 6 ilin 5-də çempionluq ipini götürən “Mançester Siti” Federasiya Kuboku qələbəsi ilə ispaniyalı baş məşqçi Pep Qvardiolanın çalışdırdığı 7 illik müddətdə 21 yerli kubokun 11-ni qazanıb.