Pressa.az » Ölkə » İsmət Səttarov: Televiziyalarda işarət dilinin tətbiqi ilə bağlı konkret planlar var

İsmət Səttarov: Televiziyalarda işarət dilinin tətbiqi ilə bağlı konkret planlar var

14 fevral 2025, Cümə, 11:33
İsmət Səttarov: Televiziyalarda işarət dilinin tətbiqi ilə bağlı konkret planlar var

Televiziyalarda işarət dilinin tətbiqi ilə bağlı konkret planlar var.

Liderxeber.az xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarovun fevralın 14-də keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu məsələ beynəlxalq təcrübədə daha çox tətbiq olunur:

“Bu ildən dövlət qurumları ilə müzakirə edəcəyik ki, qanuna dövlət kanallarının xəbər proqramlarına surdotərcümə tətbiq edilməsi əlavə edilsin. Əgər qanun qəbul edilsə, dövlətdən maliyyələşən kanallarda istifadəsi vacib olacaq”.