Azərbaycan Ordusunda keçiriləcək andiçmə mərasiminin tarixi açıqlanıb

Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi fevralın 16-da keçiriləcək.
Liderxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub:
"Vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, məhdudiyyəti anlayışla qarşılamağı, andiçmə mərasimi zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik".
Oxşar Xəbərlər:

15 fevral 2024, Cümə axşamı
Azərbaycan Ordusunda andiçmə mərasimləri virusa yoluxmaya görə qapalı keçiriləcək - BİRGƏ MƏLUMAT

16 yanvar 2025, Cümə axşamı
MN: Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub