Pressa.az » Ölkə » Laçın sərhəd-buraxılış məntəqəsi içməli su ilə də təmin edildi

Laçın sərhəd-buraxılış məntəqəsi içməli su ilə də təmin edildi

26 aprel 2023, Çərşənbə, 18:31
Laçın sərhəd-buraxılış məntəqəsi içməli su ilə də təmin edildi

Bu gün Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsi içməli su ilə təmin edilib. 

LiderXəbər xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları tərəfindən Həkəri çayının yatağında kaptaj qurğusu yaradılıb, buradan sərhəd-buraxılış məntəqəsinə qədər 200 metr uzunluğunda polietilen borularla daşıyıcı su xətti çəkilib və hidrofor nasosu quraşıdırılıb.

Hazırda sərhəd buraxılış məntəqəsi fasiləsiz içməli su ilə təmin edilir.