Füzulidə avtomobil traktorla toqquşub, ölən var

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Liderxeber.az xəbər verir ki, hadisə rayonun Alxanlı kəndində qeydə alınıb.
1997-ci il təvəllüdlü Xəyyam Məmmədovun idarə etdiyi “Mercedes Benz” markalı avtomobillə 1997-ci il təvəllüdlü Əmrah Məhərrəmovun idarə etdiyi “Belarus 892” markalı traktor toqquşub.
Hadisə nəticəsində “Mercedes Benz”də olan sərnişin 2023-cü il təvəllüdlü Rəşad Məmmədov xəsarət alıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırılma aparılır.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

17 oktyabr 2023, Çərşənbə axşamı
Bu gün Füzuli Günüdür, şəhərin işğaldan azad olunmasından 3 il ötür

17 oktyabr 2023, Çərşənbə axşamı
Prezident Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb