Ali məktəblərdə nəticəyönümlü maaliyyələşmə layihəsi tətbiq ediləcək

Elmin mövcud maaliyyələşmə alətləri günün tələblərinə cavab vermir.
Liderxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.
O qeyd edib ki, nəticəyönümlü maaliyyələşmə yeni hazırlanmaqda olan dövlət proqramının əsasını təşkil edir: "Elmi fəaliyyətin nəticəsinə söykənən maaliyyələşmə ən ədalətli sistemdir. Ayrı-ayrı layihələrin, təqaüdlərin müxtəlif elmi fəaliyyətlərə yönəlmiş müəssisələr və alimlərə verilməsi planlaşdırılır".
Nazir qeyd edib ki, Qarabağ Universitetində nəticəyönümlü maaliyyələşmə pilot layihə kimi tətbiq edilir və tezliklə ölkə üzrə bütün ali təhsil müəssislərində tətbiq edilməlidir.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

18 iyun 2024, Çərşənbə axşamı
Rektor: "Pulsuz təhsil veririk, pulsuz yaşayışla təmin edirik, təqaüd veririk, amma…"