Pressa.az » Ölkə » Mehriban Əliyeva Zərifə Əliyeva ilə bağlı paylaşım edib

Mehriban Əliyeva Zərifə Əliyeva ilə bağlı paylaşım edib

28 aprel 2023, Cümə, 09:45
Mehriban Əliyeva Zərifə Əliyeva ilə bağlı paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anadan olmasının 100 illiyi ilə bağlı paylaşım edib.

LiderXəbər xəbər verir ki, paylaşımda deyilir:

"Bu gün Zərifə Əliyevanın anadan olmasının 100 illiyi tamam olur. Bu xeyirxah, mehriban, səmimi İnsanı tanıyan hər kəs kimi, mən də onun nurlu simasını yaddaşımda qoruyub saxlayıram!".