Pressa.az » Ölkə » Maştağada ağaclar qırılır - Rəsmi açıqlama

Maştağada ağaclar qırılır - Rəsmi açıqlama

25 fevral 2025, Çərşənbə axşamı, 16:41
Maştağada ağaclar qırılır - Rəsmi açıqlama

“Maştağada “Köhnə klub” adlanan ərazidə çoxillik ağacları kəsirlər. Qəsəbədəki Heydər Əliyev parkı ilə birləşən yerdə - poçt, polis bölməsi və vağzala yaxın hissədə artıq ağaclar kəsilib və məhv edilib. İllərdir əkilmiş qocaman ağaclardan heç nə qalmayıb”.

Bu şikayətlə Liderxeber.az-a həmin ərazidə yaşayan bir qrup sakin müraciət edib.

Onların sözlərinə görə, axşamlar işıqlar söndürülür və qaranlıqda ağacları məhv edirlər ki, sakinlər görə bilməsinlər: “Həmin ərazidə 40-50 yaşında ağaclar var idi. Başladılar orada obyekt tikməyə. Obyektə görə o ağaclardan təxminən 20-25-i kəsildi. Əvvəlcə budadılar ki, hiss olunmasın, sonra kəsməyə başladılar. Hamısı da zeytun və şam ağacları idi. Bu məsələ ilə bağlı aidiyyəti qurumların tədbir görməsi vacibdir. Bu qanunsuzluğu edən cəzalandırılmalı, digər ağaclar xilas edilməlidir”.