Pressa.az » Ölkə » Azərbaycanda qızılca xəstəliyi ilə bağlı son vəziyyət açıqlanıb

Azərbaycanda qızılca xəstəliyi ilə bağlı son vəziyyət açıqlanıb

28 aprel 2023, Cümə, 15:04
Azərbaycanda qızılca xəstəliyi ilə bağlı son vəziyyət açıqlanıb

Hazırda qızılca ilə bağlı Azərbaycanda epidemioloji vəziyyət stabildir.

LiderXəbər xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

O bildirib ki, bəzi qonşu ölkələrdə yoluxma ilə bağlı xəbərlər yayılır:

"Mütəxəssislər bunu peyvəndləmə sürətinin aşağı düşməsi ilə əlaqələnidirirlər. Bəzi ölkələr var ki, orda peyvəndlərə əlçatanlıq zəifir”.