Pressa.az » Ölkə » Bakının bu ərazilərində binalar söküləcək

Bakının bu ərazilərində binalar söküləcək

28 fevral 2025, Cümə, 09:00
Bakının bu ərazilərində binalar söküləcək

Bakıdakı bəzi binalar təmir olunacaq, bəziləri isə söküləcək. 

Liderxeber.az xəbər verir ki, bildirildiyinə görə paytaxtda dövlət mənzil fonduna aid binaların əsaslı təmirinə başlanılır. Bu məqsədlə iki böyük tender elan edilib.

Məlumata görə, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən aparılacaq əsaslı təmirin birinci mərhələsində Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ və Pirallahı rayonlarında yerləşən yaşayış binaları təmir olunacaq. Bu istiqamətdə görüləcək işlərin ümumi dəyəri 24,5 milyon manat təşkil edir. 

İkinci tender isə Nəsimi, Yasamal, Xətai, Suraxanı və Sabunçu rayonlarını əhatə edir. Burada da dövlət mənzil fonduna aid binaların təmir olunması planlaşdırılıb və layihənin təxmin edilən büdcəsi 24 milyon manatdır.

48,5 milyonluq layihə çərçiəsində ümumilikdə 1100 qəzalı binanın təmiri və ya sökülməsi nəzərdə tutulub.