Fermerlər subsidiya üçün SİS-ə daxil etməli olduğu sənədə dair tələb dəyişib

Fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün fermerin torpaqdan istifadə hüququnu təsdiq edən sənəd qismində 2027-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı “Subsidiya” informasiya sisteminə (SİS) daxil etməlidirlər.
Liderxeber.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda əksini tapıb.
Bundan əvvəl fermerin torpaqdan istifadə hüququnu təsdiq edən sənəd qismində 2025-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı “Subsidiya” informasiya sisteminə daxil etməsi tələbi qoyulmuşdu. Beləliklə, bununla bağlı müddət 2 il təxirə salınıb.
Oxşar Xəbərlər:

