Pressa.az » Ölkə » Azərbaycanın keçmiş nazir müavini şirkət yaradıb

Azərbaycanın keçmiş nazir müavini şirkət yaradıb

01 may 2023, Bazar ertəsi, 11:56
Azərbaycanın keçmiş nazir müavini şirkət yaradıb

Azərbaycanın keçmiş təhsil nazirinin müavini Məhəbbət Vəliyeva şirkət yaradıb.

LiderXəbər xəbər verir ki, onun sahibi olduğu “Savad Mərkəzi” MMC-ni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti dövlət qeydiyyatına alıb.

Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 184, mənzil 3, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Məhəbbət Məhərrəm qızı Vəliyevadır.

M.Vəliyeva 2018-2021-ci illərdə Azərbaycanın təhsil nazirinin müavini olub.