Pressa.az » Səhiyyə » Sumqayıt Tibb Mərkəzi Hacı Zeynalabdin qəsəbəsində 120 vətəndaşı oftalmoloji müayinədən keçirdi - Fotolar

Sumqayıt Tibb Mərkəzi Hacı Zeynalabdin qəsəbəsində 120 vətəndaşı oftalmoloji müayinədən keçirdi - Fotolar

15 aprel 2025, Çərşənbə axşamı, 17:41
Sumqayıt Tibb Mərkəzi Hacı Zeynalabdin qəsəbəsində 120 vətəndaşı oftalmoloji müayinədən keçirdi - Fotolar

Sumqayıt Tibb Mərkəzi (STM) görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım gününə həsr olunmuş oftalmoloji aksiya keçirib. 

Liderxeber.az xəbər verir ki, aksiyanın keçirilməsində məqsəd əhaliyə yerindəcə xidmət göstərmək, görmə patologiyasının erkən diaqnostikasını aşkarlayaraq həll olunmasına kömək etmək, profilaktik müalicə tədbirləri həyata keçirməkdir. 

Hacı Zeynalabdin qəsəbəsində keçirilən aksiyada STM-nin strukturuna daxil olan 2 nömrəli Şəhər Xəstəxanasının oftalmoloqları və endokrinoloqu yerli sakinləri müayinə ediblər

Aparılan müayinələrdən sonra gözlərində problem müşahidə olunan şəxslərə qoyulan diaqnoza uyğun müvafiq tibbi təyinat yazılıb, əməliyyata ehtiyacı olanlar aidiyyati tibb müəssisəsinə yönləndirilib. 

Qeyd edək ki, aksiya zamanı 120-ə yaxın pasiyent müayinə edilib.