Pediatrlar Hacı Zeynalabdin qəsəbəsində valideyinlərə peyvəndin əhəmiyyətindən danışıblar
Sumqayıt Tibb Mərkəzinin nəzdində olan ailə sağlamlıq mərkəzləri uşaq bağçalarında mütəmadi olaraq maarifləndirici tədbirlər keçirir.
Bu tədbirlərin əsas məqsədi bir çox infeksion xəstəliklərdən qorunmaqda ən effektiv vasitə olan peyvəndlərlə bağlı insanları maarifləndirmək, uşaqların və gələcəyimizin təhlükəsizliyini təmin etməkdir.
Liderxeber.az xəbər verir ki, növbəti belə tədbir Hacı Zeynalabdin qəsəbəsində yerləşən 58 nömrəli Körpələr evi-uşaq bağçasında keçirilib.
7 nömrəli Ailə Sağlamlıq Mərkəzinin (ASM) ailə həkimi, pediatrları Lalə Məmmədova, Mehriban Talıbova, Könül Mustafayeva və Xanım Abdullayeva uşaqlarda profilaktik peyvəndin əhəmiyyəti ilə bağlı valideynlərə ətraflı məlumat verib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən tədbirlərdə valideynləri maraqlandıran suallar cavablandırılıb.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
29 iyun 2024, Şənbə
Sumqayıt Tibb Mərkəzi məişət zorakılığı ilə mübarizə çərçivəsində maarifləndirici tədbirləri davam etdirir
03 iyun 2024, Bazar ertəsi
“Sumqayıt Tibb Mərkəzi şəhid hərbi həkimlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm işlər görür”