Pressa.az » Səhiyyə » Sumqayıt Tibb Mərkəzində əməkdaşlar üçün vaksinasiya aparılıb

Sumqayıt Tibb Mərkəzində əməkdaşlar üçün vaksinasiya aparılıb

20 sentyabr 2024, Cümə, 18:29
Sumqayıt Tibb Mərkəzində əməkdaşlar üçün vaksinasiya aparılıb

Bu gün Sumqayıt Tibb Mərkəzində əməkdaşlar üçün vaksinasiya aparılıb.

Liderxeber.az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov, direktor müavinləri, struktur bölmə rəhbərləri və əməkdaşlar qripə qarşı vaksin olunublar. 

İnfluenza el arasında qrip olaraq tanınan xəstəlikdir. Xəstəlik özünü qızdırma, burun axması, baş və boğaz ağrıları, yorğunluq, quru öskürək kimi simptomlarla biruzə verir ve adətən simptomatik müalicə olunur.

İnfluenza virusuna qarşı effektivliyi sübuta yetirilmiş vaksinlər mövcuddur və ildə bir dəfə peyvənd olmaqla yüksək risk qrupuna daxil olan şəxslərdə ağırlaşma və ölüm hallarının qarşısını almaq mümkündür. 

Hazırda TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində influenza virusuna (qrip) qarşı vaksinasiya aparılır. 

Vaksinasiya prosesində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən ölkəyə yeni gətirilən “Abbott” şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatlarından istifadə olunur. 

Bu peyvəndlər Ümumdünya Səhiyyə təşkilatının (ÜST) və Avropa Şurasının (AŞ) tövsiyələrinə uyğunluq təşkil edir.

Qrip əleyhinə peyvənd olunmaq istəyən Sumqayıt sakinləri qeydiyyatda olduqları ərazilərdə fəaliyyət göstərən ailə sağlamlıq mərkəzlərində ödənişsiz olaraq yararlana bilər.

Peyvənd olunmaq respirator virus infeksiyalarına yoluxmaqdan qorunmaq üçün ən effektiv üsuldur.

Qeyd edək ki, qrip əleyhinə peyvənd olunmaq könüllülük prinsipi əsasında həyata keçirilir.