Azərbaycanda Türkiyə prezident seçkilərinin ikinci turu üzrə səsvermə başa çatdı
Türkiyənin Bakıdakı səfirliyi ilə Naxçıvan və Gəncədəki baş konsulluqlarında prezident seçkilərinin ikinci turu üzrə səsvermə prosesi başa çatıb.
LiderXəbər xəbər verir ki, verilmiş səslərin olduğu seçki bülletenləri və zərflər seçki qutularına qoyulub.
Həmçinin, seçki qutusu komissiyaların üzvləri və onların müşahidəçilərinin nəzarəti altında möhürlənib.
Bakıda 9, Gəncədə 3, Naxçıvanda 3 olmaqla ümumilikdə 15 seçki qutusunda səs verilib.
Bakı səfirliyində 7 417, Gəncə konsulluğunda 2 277, Naxçıvan konsulluğunda isə 1 349 nəfər olmaqla ümumilikdə Azərbaycanda 11 043 seçici qeydiyyatdadır.
Oxşar Xəbərlər:
15 may 2023, Bazar ertəsi
Türkiyə MSK: "Səslərin 90 faizindən çoxu sayılıb, Ərdoğan 49,49 faizlə liderdir"
20 may 2023, Şənbə
Azərbaycanda Türkiyə vətəndaşları üçün prezident seçkisinin ikinci turunda səsvermə prosesi başlayır
30 mart 2023, Cümə axşamı
DİM-in aprelin 2-də keçiriləcək imtahanlarında 27 mindən çox abituriyent iştirak edəcək