Pressa.az » Siyasət » İlham Əliyev Mingəçevirdə daha bir qəbul keçirdi - Fotolar

İlham Əliyev Mingəçevirdə daha bir qəbul keçirdi - Fotolar

24 iyun 2025, Çərşənbə axşamı, 13:52
İlham Əliyev Mingəçevirdə daha bir qəbul keçirdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə Çinin “Dongfang Electric İnternational Corporation” Şirkətinin İdarə Heyətinin sədri Çen Qianqı qəbul edib.

Liderxeber.az xəbər verir ki, görüşdə “Dongfang Electric İnternational Corporation” şirkətinin “8 Noyabr” Elektrik Stansiyasının inşasında iştirakının roluna toxunulub, Azərbaycanla Çinin bu şirkəti arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda xatirə şəkli çəkdirilib.