Pressa.az » Siyasət » Azərbaycan səfiri Rusiya XİN-ə çağırıldı

Azərbaycan səfiri Rusiya XİN-ə çağırıldı

30 iyun 2025, Bazar ertəsi, 17:42
Azərbaycan səfiri Rusiya XİN-ə çağırıldı

Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Liderxeber.az xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.

Buna səbəb kimi bu gün Bakıda rusiyalı jurnalistlərin saxlanılması göstərilib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin (DİN) “Sputnik Azərbaycan” agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat zamanı iki nəfər saxlanılıb. Onların Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) əməkdaşları olduğu bildirilib.