Pressa.az » Siyasət » Rusiyada Azərbaycan teatrının tamaşaları ləğv olundu

Rusiyada Azərbaycan teatrının tamaşaları ləğv olundu

15 iyul 2025, Çərşənbə axşamı, 16:20
Rusiyada Azərbaycan teatrının tamaşaları ləğv olundu

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının Novosibirskdə “Qlobus” Akademik Gənclər Teatrında tamaşaları ləğv edilib.

Liderxeber.az “İnterfax”a istinadən xəbər verir ki, bu barədə teatrın mətbuat xidməti məlumat yayıb. 

“Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının “Böyük qastrollar” federal proqramı çərçivəsində tamaşaları ləğv edilib”, - məlumatda deyilir.

Ləğv edilənlər arasında 28 sentyabrda keçirilməsi nəzərdə tutulan “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadüguni məşhur” və 29 sentyabrda keçirilməsi planlaşdırılan “Hamlet” tamaşaları var.