“Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq” - Ağ Ev

“Azərbaycan və Ermənistan cümə günü sülh razılaşması imzalayacaq”.
Liderxeber.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Ağ Ev rəsmisi deyib.
“Bu, təkcə Ermənistanla və Azərbaycanla bağlı deyil. Bu, bütün regionla bağlıdır və onlar regionun Prezident Donald Trampla daha təhlükəsiz və rifahlı olduğunu bilirlər”, - deyə amerikalı rəsmi qeyd edib.
Ağ Evin mətbuat katibi Anna Kelli isə jurnalistlərə açıqlamasında bildirib ki, Tramp həm Azərbaycan, həm də Ermənistanla enerji, texnologiya, iqtisadi əməkdaşlıq, sərhəd təhlükəsizliyi, infrastruktur və ticarətə dair müqavilələr imzalayacaq.
Qeyd olunub ki, məsələ ilə bağlı detallar açıqlanmayıb.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

06 avqust 2025, Çərşənbə
“Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu daha da ön plana çıxıb”