Pressa.az » Siyasət » Rusiya ilə Azərbaycan "Tramp marşrutu"nu müzakirə edəcəklər

Rusiya ilə Azərbaycan "Tramp marşrutu"nu müzakirə edəcəklər

15 avqust 2025, Cümə, 12:14
Rusiya ilə Azərbaycan "Tramp marşrutu"nu müzakirə edəcəklər

Rusiya baş nazirinin müavini Aleksey Overçuk gələn həftə Azərbaycan tərəfi ilə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələsini müzakirə edəcəyini bildirib.

Liderxeber.az TASS agentliyinə istinadən xəbər verir ki, Aleksey Overçuk bu barədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, görüşün Rusiyada baş tutacağını bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilkin sülh razılaşması imzalayıblar. Razılaşma beynəlxalq nəqliyyat marşrutunun - Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunun (TRIPP) açılmasını da ehtiva edir.