Pressa.az » Siyasət » Azərbaycan Bəhreyndə səfirlik təsis edəcək

Azərbaycan Bəhreyndə səfirlik təsis edəcək

03 sentyabr 2025, Çərşənbə, 15:43
Azərbaycan Bəhreyndə səfirlik təsis edəcək

Azərbaycan Bəhreynin Manama şəhərində səfirlik təsis edəcək.

Liderxeber.az-ın məlumatına görə, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 10-da keçiriləcək iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama Şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.