Pressa.az » Siyasət » Manaf Ağayevin oğlu müşavir təyin olundu

Manaf Ağayevin oğlu müşavir təyin olundu

09 sentyabr 2025, Çərşənbə axşamı, 16:00
Manaf Ağayevin oğlu müşavir təyin olundu

Tanınmış müğənni Manaf Ağayevin oğlu Elçin Ağayevə yeni vəzifə verilib.

Liderxeber.az xəbər verir ki, Elçin Ağayev müvafiq əmrlə Səhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənovun müşaviri təyin olunub.

Qeyd edək ki, Elçin Ağayev bundan əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Monitorinq və Daxili Təhqiqat Departamentinin müdiri vəzifəsində çalışıb.