Azərbaycanda bir sıra mühəndis-kommunikasiya obyektlərinin istismarına icazənin forması təsdiqlənib
Nazirlər Kabineti 30 avqust 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş "2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların istismarına icazənin forması"nın təsdiq edilməsi haqqında" Qərarında dəyişiklik edilib.
Liderxeber.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, nəqliyyat, rabitə, energetika və digər mühəndis-kommunikasiya obyektlərinin istismarına icazənin forması təsdiqlənib.
Oxşar Xəbərlər:
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
29 dekabr 2024, Bazar günü
Azərbaycanda dövlət rüsumlarının “e-bildiriş” əsasında ödənilməsi III oxunuşda təsdiqlənib
