Pressa.az » Siyasət » Azərbaycanla daha bir ölkə arasında viza rejimi qismən ləğv olunur

Azərbaycanla daha bir ölkə arasında viza rejimi qismən ləğv olunur

24 sentyabr 2025, Çərşənbə, 09:05
Azərbaycanla daha bir ölkə arasında viza rejimi qismən ləğv olunur

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində qvineya-bisaulu həmkarı Karlos Pinto Pereyra ilə görüşüb.

Liderxeber.az xəbər verir ki, bu barədə nazir sosial media hesabında paylaşım edib.

“Həmkarım, Qvineya-Bisaunun xarici işlər naziri Karlos Pinto Pereyra ilə BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində görüşməkdən məmnunam.

Biz ikitərəfli əməkdaşlığı, siyasi dialoqu genişləndirmək və çoxtərəfli güclü əlaqələr qurmaq yollarını müzakirə etdik.

Görüş zamanı biz “Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslərin qarşılıqlı vizadan azad edilməsi haqqında Saziş”i imzaladıq”, - nazir qeyd edib.