Pressa.az » Siyasət » Putin görüşü təyyarə qəzasının müzakirəsi ilə başlamağı təklif edib

Putin görüşü təyyarə qəzasının müzakirəsi ilə başlamağı təklif edib

09 oktyabr 2025, Cümə axşamı, 16:05
Putin görüşü təyyarə qəzasının müzakirəsi ilə başlamağı təklif edib

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü AZAL-a məxsus təyyarənin qəzaya uğramasına dair vəziyyətin müzakirə edilməsi ilə başlamağı təklif edib. 

Liderxeber.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb. 

Bildirilib ki, Putin faciənin Rusiya səması üzərində baş verdiyinə görə üzr istədiyini xatırladıb:

“Rusiya lideri həmçinin qəzada həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib”.

Onun sözlərinə görə, Rusiya təyyarənin qəzaya uğraması ilə bağlı istintaqa dəstəyini göstərir.