Pressa.az » Siyasət » Hicran Hüseynova: "Üç və daha çox uşaqlı ailələrə sosial dəstək proqramlarının həyata keçirilməsinə böyük ehtiyac var"

Hicran Hüseynova: "Üç və daha çox uşaqlı ailələrə sosial dəstək proqramlarının həyata keçirilməsinə böyük ehtiyac var"

20 noyabr 2025, Cümə axşamı, 12:14
Hicran Hüseynova: "Üç və daha çox uşaqlı ailələrə sosial dəstək proqramlarının həyata keçirilməsinə böyük ehtiyac var"

"Üç və daha çox uşaqlı ailələrə sosial dəstək proqramlarının həyata keçirilməsinə böyük ehtiyac var".

Liderxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova deyib.

O bildirib ki, beynəlxalq təcrübəni öyrənməklə üç və daha çox uşaqlı ailələrə sosial dəstək proqramlarının həyata keçirilməsinə böyük ehtiyac var:

"Məktəbəqədər təhsil müəssisələrinin sayının artırılmasına, uşaq bağçalarında və təhsil müəssisələrində tibbi, psixoloji xidmətin təşkilinə ehtiyac var. Uşaq yalnız ailənin deyil, eyni zamanda mənsub olduğu xalqın, dövlətin ən qiymətli sərvətidir".